"Eşref Rüya" serialında yeni bir ayrılıq baş verəcək. İki mövsümdür hekayədə Nisanın yaxın rəfiqəsi Ceren obrazını canlandıran Gökçem Çoban layihədən ayrılmağa hazırlaşır.
Gökçem Çobanın həyat verdiyi Ceren obrazı, serialın 36-cı bölümündə hekayə ilə vidalaşaraq komandadan ayrılacaq.
"Eşref Rüya" serialı dram və kriminal janrlarının kəsişməsində cərəyan edən maraqlı bir həyat hekayəsindən bəhs edir.//Milli.Az
