EN

Bərdədə kişi boşanmaq istəyən arvadını bazarda yaxaladı və...

Bərdə rayonunda kişi həyat yoldaşını bazarda öldürməyə cəhd edib.


Oxu.az-ın məlumatına görə, hadisə Bərdənin Bakı küçəsindəki bazarın ərazisində olan mağazada baş verib.


Rayon sakini, 1976-cı il təvəllüdlü Ayaz Qasımov həyat yoldaşı Gülnar Qasımova ilə mübahisə edib və onlar ayrılıblar. Bundan sonra Ayaz işləmək üçün evi tərk edib, Bakı şəhərinə gedib. Həyat yoldaşı isə iki uşaqla birlikdə Bərdə rayonundakı evində qalıb. Qadın ailəni dolandırmaq üçün Bərdədəki bazarda olan mağazalardan birində işə düzəlib.


Bir müddət sonra Ayaz qadına zəng vuraraq, barışmaq istədiyini bildirsə də, qadın onun bu təklifini rədd edib. Rədd cavabından əsəbiləşən Ayaz Bakıdan Bərdəyə qayıdaraq, mağazadan mətbəx bıçağı alıb və həyat yoldaşının işlədiyi mağazaya gedib. O, arxadan qadına hücum edərək bıçaqla ona 20 zərbə endirib. Qadının öldüyünü zənn edən Ayaz mağazada özünə də 7 bıçaq xəsarəti yetirib.


Hər iki şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Həkimlərin səyi nəticəsində onların həyatlarını xilas etmək mümkün olub. A.Qasımov polis əməkdaşları tərəfindən saxlanılaraq, polisə təhvil verilib.


Faktla bağlı cinayət işi başlanılıb, iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə A.Qasımov 15 il azadlıqdan məhrum edilib.

Chosen
112
senzor.az

1Sources