EN

Kurtlar Vadisinin məşhur aktyoru indi daxmada yaşayır FOTO

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyənin tanınmış aktyoru Ali Sürmeli uzun illərdir şəhər həyatından uzaq, təbiətin qoynunda yaşayır. Tamaşaçılar onu daha çox Kurtlar Vadisi serialında canlandırdığı Zaza Dayı obrazı ilə xatırlayır.Demokrat.az-ın məlumatına görə aktyor hazırda Kuzey Ege bölgəsində, Assosda yerləşən Kadırğa körfəzi yaxınlığında məskunlaşıb. O, təxminən 41 il əvvəl bu bölgəyə köçərək həyatını şəhər səs-küyündən uzaqda qurub.Deli Yürek, Kurtlar Vadisi: Pusu, Çukur və Eşkıya Dünyaya Hükümdar Olmaz kimi məşhur seriallarda rol alan Sürmeli yaşadığı həyatı “lüks” adlandırır. Onun sözlərinə görə, bu lüks bahalı əşyalarla yox, təbiətlə ölçülür.Aktyor bunu belə izah edir: “Hamı elə bilir yoxsul yaşayıram. Amma mən lüks içindəyəm. Səhər oyananda oksigen var, quş səsi var. Həqiqi zənginlik pul ilə deyil, nəfəs almaqla ölçülür.”Sürmeli hazırda öz əlləri ilə inşa etdiyi taxta, təkmərtəbəli evdə yaşayır. O deyir ki, bu əraziyə ilk gəldikləri vaxt burada demək olar heç nə yox idi. “Biz gələndə burda cəmi bir neçə uzunqulaq var idi. Amma elə bir sakitlik var ki, sanki Bingöl yaylasında yatırsan.”Aktyor torpağı necə aldığını da xatırlayır. Onun sözlərinə görə, illər əvvəl 10 sot torpağı 100 min lirəyə alıb, daha sonra qonşu sahəni də 200 min lirəyə əldə edib. Beləliklə, ümumilikdə 13 sot torpağa sahib olub. O vaxt bu məbləğin təxminən min dollar etdiyini deyir.Sürmeli həmin ərazidə aktyorluq akademiyası yaratmaq niyyətində olduğunu, lakin layihənin həyata keçmədiyini də qeyd edib. Buna baxmayaraq, o, indi də Assosda, təbiətin qoynunda sakit həyatını davam etdirir və səhərin təmiz havasını, quş səslərini ən böyük zənginlik sayır.

İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
92
demokrat.az

1Sources