Bakı. Trend:
İran ordusunun elit bölməsi olan İslam İnqilabı KeşikçiləriKorpusu (SEPAH) "Orbiter 4" çoxməqsədli pilotsuz uçuş aparatınıməhv etdiyini bildirib.
Trend-inməlumatına görə, bu barədə SEPAH-ın xüsusi bəyanatındabildirilib.
"SEPAH-ın hava hücumundan müdafiə sistemləri ölkənin mərkəzihissəsindəki İsfahan səmasında qabaqcıl Orbiter 4 pilotsuz uçuşaparatını vurub", - deyə qeyd olunub.
Həmçinin iddia olunub ki, İsrail ərazisinə edilən hücumlardanbirindən sonra "Tel-Əvivin cənubunda yerləşən peyk rabitə mərkəzitamamilə məhv edilib".