EN

Tramp: Tezliklə "Patriot" sistemlərini lazer silahları əvəz edəcək

Tramp: Tezliklə "Patriot" sistemlərini lazer silahları əvəz edəcək

ABŞ prezidenti Donald Tramp ölkəsinin hərbi arsenalındakı inqilabi yeniliklərdən bəhs edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, lazer silahlarının yaxın gələcəkdə "Patriot" və digər bahalı hava hücumundan müdafiə sistemlərini tamamilə əvəz edəcəyini vəd edib. Tramp bu texnologiyanı "heyranedici" adlandıraraq, lazerlərin artıq kütləvi istehsal mərhələsinə yaxınlaşdığını və maliyyə baxımından xeyli sərfəli olacağını vurğulayıb.

İrana qarşı həyata keçirilən birgə ABŞ-İsrail hərbi əməliyyatlarına toxunan Amerika lideri, İslam Respublikasının hərbi potensialının böyük hissəsinin məhv edildiyini bəyan edib. Trampın sözlərinə görə, son məlumatlar İranın hərbi dəniz qüvvələrinin demək olar ki, tamamilə sıradan çıxarıldığını göstərir və indiyədək batırılan İran gəmilərinin sayı artıq 51-ə çatıb.

Dövlət başçısı həmçinin qeyd edib ki, ABŞ kəşfiyyatı İranın dron istehsal etdiyi bütün nöqtələri müəyyən edib və həmin obyektlər ardıcıl zərbələrlə dağıdılır. Onun sözlərinə görə, İranın raket gücü əməliyyat başlayandan bu yana minimum səviyyəyə — təxminən 10 faizə enib. Tramp bu hərbi kampaniyanı "qısamüddətli ekskursiya" adlandıraraq, əməliyyatın daha sürətlə tamamlanacağını bildirib.

Chosen
106
afn.az

1Sources