EN

İran ABŞ müttəfiqlərinin gəmiləri üçün xüsusi rüsumlar tətbiq edə bilər

İran ABŞ müttəfiqlərinin gəmiləri üçün xüsusi rüsumlar tətbiq edə bilər

İran ABŞ-ın müttəfiqlərinə məxsus neft tankerləri və ticarət gəmiləri üçün xüsusi rüsumlar tətbiq etməyi planlaşdırır.

AFN.az-ın məlumatına görə, CNN telekanalı iranlı mənbəyə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın əksini iddia edən bəyanatlarına baxmayaraq, Hörmüz boğazı hələ də bağlı qalır. Məlumata görə, Fars körfəzində ABŞ-ın tərəfdaşı olan ölkələrə məxsus gəmilər üçün "təhlükəsizlik rüsumları" tətbiq edilə bilər.

Telekanalın mənbəsi bildirib ki, dünya neft qiymətlərinə təsir etmək imkanları hazırda İranın əlindədir. Mənbə enerji resurslarının qiymətlərinin qeyri-sabit olduğunu vurgulayaraq, Tramp ABŞ-ın məğlubiyyətini elan edənə qədər mübarizəni davam etdirəcəklərini bəyan edib.

Hazırda regionda davam edən hərbi gərginlik fonunda Hörmüz boğazındakı vəziyyət qlobal enerji bazarı üçün əsas risk faktoru olaraq qalmaqdadır. Ekspertlər bu addımı beynəlxalq dəniz hüququna zidd hesab edirlər.

Chosen
64
afn.az

1Sources