EN

Azərbaycan, Ermənistan və Gürcüstanla bağlı XƏBƏRDARLIQ

İsrail Milli Təhlükəsizlik Şurası ölkə vətəndaşlarına səyahət xəbərdarlıqlarını genişləndirib.

Təhlükəsizlik qurumu artıq xəbərdarlığı yalnız Birləşmiş Ərəb Əmirlikləri ilə məhdudlaşdırmayaraq digər ölkələrə də şamil edib.

Bu barədə “Ynet” nəşri məlumat yayıb.

Məlumata görə, israillilərə Azərbaycan, Gürcüstan və Ermənistana da səfər edərkən ehtiyatlı olmaları tövsiyə edilib.

Qeyd olunur ki, xəbərdarlığın səbəbi regionda artan təhlükəsizlik riskləri və xüsusilə İran ilə gərginliyin yüksəlməsi fonunda israillilərə və yəhudi obyektlərinə qarşı mümkün hücum təhlükəsidir.

İsrail rəsmiləri vətəndaşları zəruri olmadığı halda bu ölkələrə səfər etməməyə və təhlükəsizlik tövsiyələrinə ciddi əməl etməyə çağırıblar.

Chosen
56
sportinfo.az

1Sources