EN

"Fitch" İrandakı münaqişənin Azərbaycana təsirini açıqladı

İrandakı münaqişə enerji idxalı, pul köçürmələri, maliyyə subsidiyaları, valyuta məzənnələri və beynəlxalq maliyyələşdirməyə çıxış kimi kanallar vasitəsilə bəzi inkişaf etməkdə olan ölkələrin borcalanları üçün əlavə çətinliklər yarada bilər.

Publika.az xəbər verir ki, bu barədə "Fitch Ratings" hesabatında bildirilib.

"Fitch", həmçinin böhranın ayrı-ayrı ölkələrə təsir göstərə biləcəyi spesifik amillərin mövcudluğunu qeyd edir: İrandakı qeyri-sabitlik qaçqınların kütləvi şəkildə ölkədən çıxmasına səbəb olarsa, Azərbaycan, İraq və Türkiyə zərər çəkə bilər.

"Fars körfəzi xaricindəki inkişaf etməkdə olan bazarlarda yerləşən Anqola, Argentina, Azərbaycan, Braziliya, Kolumbiya, Ekvador, Qabon, Qazaxıstan, Nigeriya və Konqo Respublikası kimi karbohidrogen ixrac edən ölkələr üçün enerji qiymətlərinin uzun müddət yüksək olması ixrac gəlirlərinin artmasına və maliyyə vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər. Reytinqlər qiymətləndirilərkən xarici və dövlət maliyyə vəziyyətinin yaxşılaşma müddəti nəzərə alınacaq", - deyə hesabatda bildirilib.

Reytinq agentliyinin analitiklərinin fikrincə, karbohidrogen ixracatçıları müsbət təsir hiss edə bilərlər.

Chosen
40
publika.az

1Sources