EN

"Anthropic" şirkəti Pentaqonu məhkəməyə verib

BAKI, 10 mart. TELEQRAF

ABŞ-nin süni intellekt texnologiyaları hazırlayan Anthropic şirkəti Pentaqonu məhkəməyə verib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, şirkət ABŞ Müdafiə Nazirliyinin onu milli təhlükəsizlik məsələləri üzrə “qara siyahı”ya daxil etmək cəhdinə etiraz edib.

"Anthropic" iddia edir ki, bu statusun verilməsi qanunsuz olub və şirkətin söz azadlığı və hüquqi prosedurlarla bağlı hüquqlarını pozur.

Kaliforniya ştatında federal məhkəməyə təqdim olunan iddia ərizəsində hakimdən bu qərarın ləğv edilməsi və federal qurumların həmin statusu tətbiq etməsinin qadağan olunması tələb olunub.

Bundan əvvəl Axios nəşri Pentaqonun "Anthropic" şirkəti ilə bağlanmış müqaviləni ləğv edə biləcəyini yazmışdı.

Bir neçə gün sonra isə ABŞ prezidenti Donald Tramp federal qurumlara Anthropic şirkətinin texnologiyalarından istifadəni dayandırmaq barədə göstəriş vermişdi.

Chosen
28
teleqraf.com

1Sources