EN

Paytaxtın bu küçələrində sıxlıq var

Paytaxtın bu küçələrində sıxlıq var

Bakının bir sıra yollarında və mərkəzi prospektlərində nəqliyyatın hərəkətində kəskin sıxlıq müşahidə olunur.

AFN.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda paytaxtın aşağıdakı istiqamətlərində yollar yüklənib:

Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

Birinci Gölkənarı yol, Ziya Bünyadov prospekti istiqamətində;

Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

Heydər Əliyev prospekti, köməkçi və əsas yollar, mərkəz istiqamətində;

Babək prospekti, mərkəz istiqamətində;

Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində.

NİİM sürücülərə hərəkət qrafiklərini bu sıxlığı nəzərə alaraq tənzimləməyi və mümkün qədər alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Chosen
185
49
afn.az

10Sources