EN

“Kurtlar Vadisi”nin Mehmet Karahanlısı xəstəxanaya yerləşdirildi

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin serial sektorunda özünəməxsus yeri olan “Kurtlar Vadisi” serialının əsas qəhrəmanlarından biri - "Mehmet Karahanlı" obrazı ilə yaddaşlara həkk olan Zafer Erginin səhhətində problem yaranıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə aktyorun xanımı Binnaz Ergin açıqlama yayıb. 

Onun sözlərinə görə,  83 yaşlı aktyorun səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.  

"Zafer qan laxtalanması səbəbindən müşahidə altındadır və müalicəsi davam edir", -  deyə B. Ergin açıqlamasında qeyd edib. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
57
2
bakivaxti.az

4Sources