Azərbaycan futbolunun gələcək vəd edən simalarından biri, gənc vinger Murad Məmmədov karyerası ilə bağlı mühüm addım atıb.
Fanat.Az xəbər verir ki, istedadlı futbolçu beynəlxalq səviyyəli "LA Futbol Konsaltinq" (LA Football Consulting) şirkəti ilə rəsmi əməkdaşlığa başlayıb.
Sözügedən şirkət gənc oyunçuların karyera planlaması, transfer idarəçiliyi və beynəlxalq bazarlara çıxışı istiqamətində ixtisaslaşıb.
Murad Məmmədovun bu agentliklə anlaşması, onun yaxın gələcəkdə xarici klublara transfer olunma ehtimalını ciddi şəkildə artırır. Agentlik sosial şəbəkə hesablarında "Neftçi"nin üzvünü "Azərbaycan futbolunun ən böyük istedadlarından biri" kimi təqdim edərək, bu tərəfdaşlığın böyük uğurlara yol açacağını vurğulayıb.
Məlumata görə, bu əməkdaşlığın qurulmasında vasitəçi Qədir Həsənovun da rolu böyük olub. Şirkət rəhbərliyi və skautlar Murad Məmmədovun vinger mövqeyindəki sürətini və texniki bacarıqlarını yüksək qiymətləndiriblər.
Kamil Xudiyev