EN

İran Trampı heyrətləndirib: Ağ Evdə ara qarışıb, ABŞ müharibədən çəkilir, İsrail tək qalır

ABŞ prezidenti Donald Trampın bəzi müşavirləri İranla münaqişənin tez bir zamanda həllinə çağırırlar.

Publika.az “Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, administrasiya daxilində müzakirələr qlobal neft qiymətlərinin kəskin artması və uzunmüddətli hərbi əməliyyatların ABŞ daxilində siyasi nəticələrə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar fonunda başlayıb.

Eyni zamanda, bəzi administrasiya rəsmiləri münaqişənin tez bir zamanda həllinin mümkün olmadığına inanırlar.

Ağ Evin mövqeyi ilə tanış olan mənbələr bildirirlər ki, Donald Tramp qələbə hesab etdiyi nəticəyə çatana qədər hərbi kampaniyanı dayandırmaq niyyətində deyil.

Nəşrin mənbələri həmçinin qeyd edib ki, Tramp ABŞ və İsrailin həyata keçirdiyi zərbələrdən sonra İranın mövqeyini dəyişməməsinə təəccüblənib.

Chosen
34
publika.az

1Sources