EN

MPL: "Sabah" "Qəbələ"ni sınağa çəkir

Bu gün Misli Premyer Liqasında XXIII tura yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, son oyun günündə “Sabah” “Qəbələ”ni qəbul edəcək.

“Bank Respublika Arena”da tutacaq görüş saat 19:15-də start götürəcək. Turun bağlanış matçında ədaləti baş hakim İnqilab Məmmədov qoruyacaq.

Qeyd edək ki, turun əvvəlki oyun günlərində "Karvan-Yevlax" "Sumqayıt" ilə (1:1), "Şamaxı" "İmişli" ilə (0:0), "Zirə" "Kəpəz"lə (2:2) bərabərə qalıb, "Qarabağ" "Araz-Naxçıvan"ı böyük hesabla (6:0), "Turan Tovuz" isə "Neftçi"ni minimal fərqlə (1:0) məğlub edib.  

Misli Premyer Liqası
XXIII tur
10 mart

19:15. “Sabah” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı, Cəmil Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Masazır. “Bank Respublika Arena”.

Chosen
7
2
fanat.az

10Sources