Qazaxıstanın AKAS klubunun baş məşqçisi Dovran Kendjaxunov “Qarabağ”sistemində fərdi təcrübə proqramı keçir.
QOL.az xəbər verir ki, bu haqda Almatı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Qurban Qurbanovun dəvəti ilə təşkil olunan bu təcrübə müddətində mütəxəssisə klubun bütün iş proseslərinə tam çıxış imkanı yaradılıb.
Təcrübə çərçivəsində Dovran Kendjaxunov əsas komandanın məşq prosesində, nəzəri dərslərdə, oyunların analitik təhlilində, məşqçilər heyətinin işində, futbolçuların fiziki hazırlıq sistemində, tibbi müşayiət və bərpa prosesində iştirak edir.
Bir ay davam edəcək təcrübə proqramı Avropa səviyyəsində çıxış edən klubun iş prinsipləri ilə yaxından tanış olmaq imkanı yaradır.
Yuxarı