Tanınmış prodüser Anar Mədətov oğlu, futbolçu Mahir Emrelinin soyadını dəyişməsinə münasibət bildirib.
News365.az xəbər
verir ki, Anar Mədətov oğlunun onu ata kimi rədd etmədiyini bildirib:
“Mahirin məni ata kimi rədd etməsi yalandır. Mənim üçün Mahir elə Mahirdir. Anamın adını ona qoymuşam. Mən Anar Mədətov ola bildiyim üçün anama çox şey borcluyam. Oğlumun adını mən qoymuşam. O ki, qaldı soyadını dəyişməsinə bu onun öz seçimidir. Özü bilər. Başa düşürəm və hörmətlə yanaşıram. Həyatdır. Hər şey ola bilər. Bu da mənim həyatımdır”.