İran ABŞ-nin müttəfiqi olan ölkələrə məxsus neft tankerləri və kommersiya gəmiləri üçün Fars körfəzində “təhlükəsizlik rüsumu”nun tətbiqi ilə bağlı planların hazırlanmasını başa çatdırır. Bu barədə mənbəyə istinadən CNN məlumat yayıb.
“Dünya neft qiymətlərini idarə edən rıçaq bizim əlimizdədir və ABŞ qiymətlərin tənzimlənməsi üçün addımlar atmağımızı hələ uzun müddət gözləməli olacaq. Enerji bazarları qeyri-sabit hala gəlib və Tramp məğlubiyyətini etiraf edənə qədər mübarizəni davam etdirəcəyik”, — deyə nəşrin iranlı həmsöhbəti bildirib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında tankerlərin müşayiəti üçün ABŞ Hərbi Dəniz Qüvvələrinin cəlb ediləcəyini vəd etmişdi. Fars körfəzini cənub-qərbdən Oman körfəzi ilə birləşdirən bu dəniz dəhlizi vasitəsilə dünya üzrə neft və qaz ehtiyatlarının təxminən 20%-i daşınır.