EN

Azərbaycan Premyer Liqası: “Sabah” “Qəbələ” ilə üz-üzə

Bu gün Misli Premyer Liqasında 23-cü tura yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, sonuncu matçda lider “Sabah” doğma meydanda “Qəbələ” ilə qarşılaşacaq.

Görüş “Bank Respublika Arena”da, saat 19:15-də start götürəcək.

“Sabah” 53 xalla turnir cədvəlində birincidir. “Qəbələ” 16 xalla on birincidir pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Karvan-Yevlax” “Sumqayıt”la (1:1), “Şamaxı” “İmişli” (0:0) ilə, “Zirə” “Kəpəz”lə (2:2) heç-heçə edib. “Qarabağ” “Araz-Naxçıvan”ı altı cavabsız qolla üstələyibsə, “Turan Tovuz” “Neftçi”ni minimal hesabla məğlub edib - 1:0.

İdman.Biz
Məqalədə:
Chosen
22
9
idman.biz

10Sources