EN

Türkiyədən  İrana xəbərdarlıq: “Hava məkanının pozulmasına haqq qazandırmaq olmaz”

Dünən Türkiyə prezidenti Recep Tayyip Ərdoğan və iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Vətəninfo.az xəbər verir ki, danışıq zamanı Ərdoğan qeyd edib ki, Ankara “İrana qarşı qanunsuz müdaxilələri” və İslam Respublikasının bölgədəki qardaş ölkələrə hücumlarını qəbul etmir. O, vurğulayıb ki, ərəb ölkələrinə qarşı hücumlar heç kimin maraqlarına uyğun deyil və bu cür addımlar dayandırılmalıdır.

“Səbəbindən asılı olmayaraq, Türkiyənin hava məkanının pozulmasına haqq qazandırmaq olmaz. Türkiyə buna qarşı bütün lazımi tədbirləri görməyə davam edəcək”, – deyə, Ərdoğan qeyd edib.

Ərdoğan İranın keçmiş ali rəhbəri və ölkədə həlak olan mülki şəxslərlə bağlı Pezeşkiana başsağlığı da verib. O, İranın yeni ali liderinin seçilməsinin bölgədə sabitlik və sülhə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Pezeşkian isə öz növbəsində Türkiyənin hava məkanına daxil olduğu bildirilən raketlərin İran mənşəli olmadığını deyib.

Chosen
16
veteninfo.az

1Sources