Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana 30 tona yaxın qida məhsulları yola salınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət departamentinin direktoru Emin Həsənzadə deyib.
O bildirib ki, humanitar yardıma un, düyü, qənd, çay, eyni zamanda dərman ləvazimatları da daxildir: "Avtomobillər artıq yola düşməkdədir".