Bu gün Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, hazırda Prezidentin Katibliyinin rəisi vəzifəsində çalışan general-polkovnik Bəylər Eyyubovun doğum günüdür.
"Unikal" xəbər verir ki, Bəylər Eyyubovun 75 yaşı tamam olur.
Qeyd edək ki, general-polkovnik Eyyubov Prezidentin sərəncamları ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə", "Şərəf" və "Azərbaycan Bayrağı" ordenləri ilə təltif olunub.