EN

Samok: “Berdıyev qısa danışır, amma düzgün motivasiya verir”

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Turan Tovuz"un qapıçısı Sergey Samokun Sport24.az-a müsahibəsi

- Azərbaycan Premyer Liqasının 23-cü turunda vacib qələbə qazandınız. "Neftçi"ni məğlub etdiyiniz görüşü (1:0) necə şərh edərdiniz?- Çətin oyun keçdi. Elə də çox qol epizodları olmadı. Nə bizdə, nə də rəqibdə. İlk hissədə "Neftçi"nin cinah ötürmələri təhlükəli alınırdı. Lakin müdafiəçilərimiz bunun öhdəsindən gəldilər. Fasilədən sonra daha fəal idik və qələbə qolunu vurduq. Vacib 3 xal qazandığımızı düşünürəm.

- Yəqin ki, oyundan əvvəl "Zirə"nin "Kəpəz"lə görüşdə xal itirdiyini bilirdiniz. Bu məqam motivasiyanızı daha da artırmışdı?- Açığı, oyundan əvvəl bunu bilmirdim. Yalnız "Neftçi" ilə matçımız başa çatdıqdan sonra eşitdim ki, "Zirə" xal itirib. Bu, məni xoş mənada təəccübləndirdi. Lakin indidən nəsə demək olmaz. Çünki qarşıda hələ 10 tur var. Odur ki, hər matçda qələbə qazanmağa çalışmalıyıq.

- Demək olar ki, "Turan Tovuz" bu qələbə sayəsində bürünc medala doğru vacib addım atdı?- Əlbəttə. Amma "Neftçi" də yaxşı komandadır. Aramızdakı xal fərqinə baxmayaraq, onların riyazi cəhətdən bizi ötmək şansları var idi. Ona görə də bu qələbə bizim üçün vacibdir. Lakin yenə deyirəm ki, heç cür rahatlaşmaq olmaz. Qarşıda təxminən 1 dövrə var.

- Ardıcıl 8 oyundur qapınızda qol görmürsünüz. Bu uğurlu seriyanın əsas səbəbi nədədir?- Təbii ki, 8 oyunda qol buraxmamağımız çox yaxşı nəticədir. Mənim üçün də xoşdur. Ancaq bu, təkcə mənim əməyim deyil. Qapımızda qol görmürüksə, bunda bütün komandanın rolu var. Deməli, müdafiəçilərimiz işlərinin öhdəsindən gəlirlər.

- Kurban Berdıyev mətbuat konfranslarında az danışır. Daha dəqiq desək, suallara konkret və lakonik cavab verir. Maraqlıdır, bu cür vacib qələbələrdən sonra paltardəyişmə otağında da eyni tərzdə çıxış edir? - Hər dəfə fərqli olur. "Neftçi" ilə matçdan sonra o da emosional idi. Çünki vacib qələbə qazandıq. Bu nəticəyə görə hamı sevinirdi. Təbii ki, Kurban Berdıyev də. Düzdür, o, qələbələrdən sonra da çox danışmır. Ümumiyyətlə, istər oyundan öncə və ya sonra, istər məşqlərdə Berdıyev qısa danışsa da, hər zaman qələbə üçün lazım olan sözləri tapır. Bizə yaxşı motivasiya verir, tapşırıqlarını çatdırır. Biz də onun dediklərini meydanda reallaşdırmağa çalışırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
93
1
sport24.az

2Sources