EN

Tehran atəşkəs şərtlərini açıqladı: Zəmanət verilməlidir

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bəzi ölkələr atəşkəslə bağlı İranla əlaqə saxlayır. Əgər atəşkəs əldə ediləcəksə, İrana qarşı aqressiv hərəkətlərin təkrarlanmayacağına zəmanət verilməlidir".

Ölkə.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi televiziya proqramında Çin, Rusiya, Fransa və bəzi regional ölkələrin müharibənin dayandırılması və ya atəşkəsin təmin edilməsi ilə bağlı İranla əlaqə saxladıqlarını bildirib.

"Əgər atəşkəs əldə ediləcəksə və ya döyüşlər dayandırılacaqsa, İrana qarşı təcavüzkar hərəkətlərin təkrarlanmayacağına zəmanət verilməlidir. Əks halda, bir neçə ay sonra başqa bir hücum baş verərsə, belə bir atəşkəs mənasız olacaq" - Qəribabadi deyib.

Qəribabadi onu da əlavə edib ki, hücuma məruz qalan ölkə hücumun təkrarlanmayacağına əmin olana qədər müdafiə tədbirləri görməyə davam edəcək.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
3
olke.az

4Sources