EN

''Fənərbaxça'' möhtəşəm geridönüşlə xal fərqinin artmasına imkan vermədi

Türkiyə çempionatında 25-ci tur sona çatdı.

"Football-plus.az" xəbər verir ki, ''Qalatasaray''ın derbidə ''Beşiktaş'' üzərində qazandığı mühüm qələbənin ardından xal fərqinin daha da artmaması üçün ''Fənərbaxça''nın ''Samsunspor''u yenməkdən başqa çarəsi yox idi. Özü də İstanbul nəhəngi son 4 oyunda bu rəqibi məğlub edə bilməmişdi.

Bu dəfəki qarşılaşma da ''sarı-lacivərdlilər'' üçün çox çətin keçdi. Artıq ilk 23 dəqiqədə fanatlar 3 qol gördü. Qonaqların heyətində Marius Muandilmacinin erkən qoluna superliqada ilk dəfə fərqlənən Matteo Genduzi cavab verdi. Ancaq Muandilmaci ilk yarının ortalarında yenidən qonaqları önə keçirdi. Çadlı forvard Türkiyə çempionatında ''Samsunspor''un heyətində səfərdə ''Fənər''ə qarşı dubl edən ilk futbolçu oldu!

Görüşdə uzun müddət başqa qol olmadı və meydan sahiblərinin yavaş-yavaş ümidlərinin tükəndiyi vaxtda inanılmaz hadisələr yaşandı. 89-cu dəqiqədə Nene Drogeles bərabərlik qolunu vurdusa, əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Sidiki Şerif qələbə qolunu vuraraq ''Fənər''in qəhrəmanına çevrildi. Bu, komandanın cari mövsümdə vurduğu ən gec qələbə qolu oldu. ''Fənərbaxça''bu mövsüm hesabda geriyə düşdüyü oyunlarda ən çox (18) xal qazanan komandadı.

Beləliklə, ''Fənər'' 25-ci həftəni də məğlubiyyətsiz tamamladı və zirvədə 4 xallıq fərq qorundu.

Chosen
70
1
football-plus.az

2Sources