Martın 9-da keçirilmiş buraxılış imtahanlarında istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.