EN

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

İsrailin “Kanal 14” telekanalı hazırda İranda aradan götürülməsi planlaşdırılan şəxslərin siyahısını yayıb.

“Yeni Sabah” Axar.az-a istinadla xəbər verir ki, siyahıda İranın yeni təyin olunmuş ali dini lideri Müctəba Xameneinin adı yer alıb.

Bundan başqa, siyahıda İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, İran Məhkəmə Hakimiyyətinin başçısı Qulamhüseyn Möhsün Ejei, SEPAH-ın “Xatəmül Ənbiya” qərargahının komandanı Əli Abdullahi, İran Parlamentinin sədri Məhəmməd Bagir Qalibaf və SEPAH-ın baş komandanı Əhməd Vahidinin adı var.

Məlumata görə, bu şəxslər İsrail tərəfindən potensial hədəflər kimi göstərilib.


Telegram kanalımız
Chosen
32
1
yenisabah.az

2Sources