EN

Aİ Kulevi neft terminalını 20-ci sanksiya paketindən çıxarıb

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı hazırlanan 20-ci sanksiya paketindən Gürcüstanın Kulevi neft terminalını çıxarıb.

“İki sahil” xəbər verir ki, Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi Devid O'Sullivan bu qərarla bağlı xarici işlər naziri Maka Boçorişviliyə məktub göndərib. Məktubda bildirilir ki, ilkin mərhələdə Gürcüstandakı Kulevi limanının sanksiya siyahısına daxil edilməsi planlaşdırılırdı. Buna səbəb Rusiya neftinin dəniz yolu ilə daşınması və Rusiyanın "kölgə donanması" adlandırılan gəmilərinin limana daxil olması ilə bağlı narahatlıqlar idi. Lakin Gürcüstan hökuməti və limanın operatoru müəyyən öhdəliklər götürdükdən sonra bu mövqe yenidən nəzərdən keçirilib.

Aİ nümayəndəsi məktubunda qeyd edib ki, Gürcüstanın sanksiya tətbiq edilən gəmilərin ölkə limanlarına daxil olmasına və xidmət almasına icazə verməyəcəyinə dair öhdəliyi müsbət qiymətləndirilib.

Məktubda Gürcüstanın öz ərazisinin Rusiyaya qarşı tətbiq edilən ticarət məhdudiyyətlərinin pozulması və ya həssas məhsulların təkrar ixracı üçün istifadə edilməməsinə nəzarəti davam etdirməsinin vacibliyi də vurğulanıb.

Chosen
44
1
ikisahil.az

2Sources