EN

Bakıda pərakəndə ticarət dövriyyəsi yanvarda 4,3% artıb

2026-cı ilin yanvarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3221,4 milyon manat təşkil edib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3% artım deməkdir. Bu barədə Bakı Statistika Komitəsindən bildirilib. 

Ticarət şəbəkəsində ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satış həcmi 1781,8 milyon manata çataraq 5,6% artıb, qeyri-ərzaq malları üzrə göstərici isə 1439,6 milyon manatla 2,8% yüksəlib.

Real ifadədə müəssisələr üzrə pərakəndə satış 0,6% azalsa da, fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə 7,0% artım qeydə alınıb.

Gülnar Nazimqızı 

Chosen
42
anews.az

1Sources