EN

Trampın müşavirləri onu İranla müharibədən çıxış yolu tapmağa çağırır - KİV

ABŞ Prezidenti Donald Trampın bir sıra müşavirləri onu neft qiymətlərinin artması və uzunmüddətli münaqişənin mənfi siyasi nəticələrə səbəb olacağı ilə bağlı narahatlıqlar fonunda İranla müharibədən çıxış planı axtarmağa çağırıblar.

Missiya.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Tramp administrasiyasının bəzi rəsmiləri bildiriblər ki, Tehran regiondakı ölkələrə hücum etməyə və İsrail İran hədəflərinə zərbə vurmağa davam etdikcə, ABŞ-nin müharibədən asanlıqla çıxa bilməyəcəyi ehtimalı azdır.

Bir mənbə həmçinin qeyd edib ki, Tramp, xüsusən də inandırıcı qələbə elan edənə qədər mübarizəni dayandırmayacaq.

Trampın düşüncə tərzi ilə tanış olan bir neçə başqa mənbə isə əlavə edib ki, Ağ Ev rəhbəri bəzən ABŞ-İsrail birgə əməliyyatına baxmayaraq Tehranın təslim olmamasına təəccüblənir.

Daşqın HəsənovMissiya.Az

Chosen
18
missiya.az

1Sources