EN

"Qarabağ"ın legioneri üçün 40-cı qol

“Qarabağ”ın futbolçusu Leandro Andrade Premyer Liqada 40-cı qolunu vurub.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin yubiley qolu 127-ci oyununa təsadüf edib. O, Misli Premyer Liqasının XXIII turunun “Araz-Naxçıvan”la görüşündə (6:0) dubl müəllifi olub.

Leandronun ilk qolu yubiley xarakterli olub. İkinci dəfə fərqlənməklə isə Azərbaycan çempionatlarındakı göstəricisini 41-ə çatdırıb. Premyer Liqada 2021/22 mövsümündə debüt edən və yalnız “Qarabağ”da çıxış edən Andrade turnirin tarixinə 40 və daha çox qol vuran 70-ci futbolçu kimi düşüb.

Yarımmüdafiəçi 41 qol vuran Samir A. Məmmədov, Fazil Əsədov, Leandro Qomeş, Baqali Daboya şərik çıxıb.

saytlarin hazirlanmasi

Chosen
72
11
sportal.az

10Sources