EN

“Barselona” Almaniya millisinin üzvünə elçi düşdü

BAKI, 10 mart. TELEQRAF

İspaniyanın “Barselona” klubu Almaniya təmsilçisi “Borussiya Dortmund”un futbolçusu Julian Brandtı transfer edə bilər.

Teleqraf İspaniya mətbuatına istinadən xəbər verir ki, yayda müqaviləsi başa çatacaq 30 yaşlı yarımmüdafiəçi karyerasını Bundesliqadan kənarda davam etdirmək niyyətindədir.

Kataloniya klubunun baş məşqçisi Hansi Flik də Almaniya millisində birlikdə çalışdığı Brandtın transferinə müsbət yanaşır. Keçid baş tutarsa, futbolçu mövsümün sonunda azad agent kimi İspaniya təmsilçisinə qoşula bilər.

Bununla belə, alman yarımmüdafiəçi ilə yalnız “Barselona” maraqlanmır. İngiltərə Premyer Liqasından “Arsenal”, “Nyukasl” və “Tottenhem” də onu diqqətlə izləyir. Futbolçunu transfer haqqı ödəmədən heyətə qatmaq imkanı isə “Barselona” üçün böyük üstünlük hesab olunur.

Qeyd edək ki, Julian Brandt 2019-cu ildən “Borussiya Dortmund”un formasını geyinir. O, Almaniya millisində 48 oyun keçirib. Brandtın transfer dəyəri təxminən 20 milyon avro qiymətləndirilir.

Chosen
57
teleqraf.com

1Sources