Şəkidə dəm qazından boğulub ölən qadınla bağlı təfərrüat məlum olub.
Musavat.com Lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.
Şuşa rayon sakini olan mərhum Kəmalə Yaqub qızı Quliyeva Şuşa mədəniyyət evində dərnək rəhbəri olub.
***
Şəkidə 47 yaşlı qadın faciəli şəkildə ölüb.
Hadisə rayonun Yeni Çələbixan qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Kəmalə Quliyeva yaşadığı ünvanda dəm qazından boğulub. Yaxınları onun meyitini evdə aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.