EN

II Liqa: "Qaradağ Lökbatan" səfərdən 3 xalla dönə biləcək?

Azərbaycan II Liqasında XVII tura bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, turun üçüncü günündə üç oyun keçiriləcək.

"Dinamo" "Araz Saatlı"nın, "Şəki Siti" "Göygöl"ün qonağı olacaq. Liderlərdən olan "Qaradağ Lökbatan" isə səfərdə "Ağdaş" ilə üz-üzə gələcək.

Oyunların hamısı eyni vaxtda - 15:00-da başlayacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şirvan" "Quba"nı yenib (1:0), "Kür-Araz" "Ağstafa Gəncləri" ilə məhsuldar heç-heçə (2:2) edib. "Şəmkir" - "Xankəndi" görüşü isə baş tutmayıb.

Azərbaycan II Liqası
XVII tur
10 mart

15.00. “Araz Saatlı” – “Dinamo”
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Tural Bayramov, Nail Nağıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Saatlı. Olimpiya İdman Kompleksinin stadionu.

15.00. “Göygöl” – “Şəki Siti”
Hakimlər: Namiq Bəkirov, Sadiq Əliyev, Hüseyn Vəliyev, Elçin Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Göygöl. Olimpiya İdman Kompleksinin stadionu.

15.00. “Ağdaş” – “Qaradağ Lökbatan”
Hakimlər: Sənan Bayramzadə, Zakir Şükürzadə, Məmmədəli Kərimov, İrşad Aydınov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Ağdaş. Şəhər stadionu.

Chosen
38
1
fanat.az

2Sources