EN

173 nəfəri aldadan zərgərə 384 il iş kəsildi

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Manisa vilayətinin Şəhzadələr rayonunda zərgər işləyən Tahsin Özər, yüksək gəlir vədi ilə qızıl, xarici valyuta və nağd pul toplayaraq 173 nəfərə təxminən 500 milyon lirə ziyan vuurb.

Hafta.az yazır ki, zərgərlik mağazası işlədən Tahsin Özər dələduzluğu işçisi Furkan Ərcanla birlikdə edib. Onlar yüksək gəlir vədi ilə qızıl, xarici valyuta və nağd pul toplayaraq qarşılığında müştərilərə vizit kartları verərək pul yığıb.

Ötən ilin mart ayında Özər biznesini bağladıqdan sonra zərərçəkmişlər onu tapa bilməyib polisə məlumat veriblər. O, istintaq çərçivəsində saxlanılıb və məhkəmə tərəfindən həbs edilib, lakin daha sonra sərbəst buraxılıb.

İstintaq başa çatdıqdan sonra 21 noyabrda Tahsin Özər və işçisi Furkan Ərcana qarşı "etimadın pozulması" ittihamı ilə iddia qaldırılıb. Manisa 1-ci Cinayət Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərin hər biri 354 ilə qədər həbs cəzası ilə üzləşib. Yekun məhkəmə iclası 6 martda təqsirləndirilən şəxslərin, bəzi zərərçəkənlərin və vəkillərinin iştirakı ilə baş tutub.

Məhkəmə Tahsin Özərə ayrı-ayrılıqda ağır fırıldaqçılıq və müxtəlif zərərçəkənlərə qarşı etibarın pozulması ittihamları ilə hökm çıxarıb. Hökmə əsasən, Özər bəzi zərərçəkənlərə qarşı ardıcıl ağır fırıldaqçılıq, peşəkar və xidməti münasibətlərdən qaynaqlanan etibarın pozulması və çoxsaylı şəxslərə qarşı etibarın pozulması səbəbindən ümumilikdə 384 il 5 ay həbs cəzası və 75,6 milyon lirə cərimə cəzası alıb.

Eyni iş üzrə mühakimə olunan mağazanın işçisi Furkan Ərcan bəraət alıb.

Chosen
24
hafta.az

1Sources