Sosial mediada Sabir Rüstəmxanlının oğlu Gündüz Rüstəmxanlının adına feyk profil yaradılıb.
"Cebheinfo.az" xəbər verir ki, Bakıvaxtı.az-ın məlumatına görə, Gündüz Rüstəmxanlı bununla bağlı özü paylaşım edib və bildirib ki, sözügedən profil ona məxsus deyil.
Bildirilir ki, bu profil vasitəsilə insanlardan pul tələb olunur və fırıldaqçılıq halları baş verir.
Qeyd edək ki, Sabir Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədridir. O, 1995-ci ildən 2025-ci ilə qədər Milli Məclisin deputatı olub.
"Cebheinfo.az"