Gecə xəstəxanaya yerləşdirilən "Arka Sokaklar" serialının məşhur aktyoru Zafer Erginin son vəziyyəti açıqlanıb.
Far.Az xəbər verir ki, "Rıza Baba"nın səhhəti barədə həyat yoldaşı Binnaz Ergin məlumat yayıb.
O qeyd edib ki, 84 yaşlı həyat yoldaşının orqanizmində sus çatışmazlığı var və bu səbəbdən bədənində infeksiya çoxalıb:
"Ümumi sağlamlığı yaxşıdır. Müayinə üçün xəstəxanadayıq. Orqanizmində sus çatışmazlığı var. Bu səbəbdən bədənində infeksiya çoxalıb. Müayinələr bitdikdən sonra çəkiliş meydanına qayıdacaq".