ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-İsrail ilə İran arasında münaqişə fonunda Hörmüz Boğazının bağlanmasından yaranan dayanmalar nə qədər uzun müddət davam edərsə, dünya neft bazarları üçün nəticələr fəlakətli ola bilər.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Aramco”nun baş icraçı direktoru Amin Nasser brifinqdə deyib.
“Əvvəllər də belə hallar yaşamışıq, amma bu, bölgənin neft və qaz sənayesinin qarşılaşdığı ən böyük böhrandır”, - Nasser bildirib.
Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, ABŞ-İsrail hücumları davam edərsə, “Orta Şərqdən bir litr də neft göndərilməsinə icazə verilməyəcək”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.