EN

ABŞ İranın 50 hərbi gəmisini və 5000 hədəfini məhv ETDİ

hərbi əməliyyatın başlanmasından sonrakı 10 gün ərzində ABŞ ordusu İran Hərbi Dəniz Qüvvələrinə məxsus 50-dən çox gəmini məhv edib və ya zədələyib, həmçinin ölkə ərazisində 5000 hədəfə zərbə endirib. 

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X platformasında məlumat yayıb.

Bildirilib ki, əməliyyat zamanı çoxsaylı taktiki təyyarələr, pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemləri istifadə olunub.

Zərbələr İranın ən ciddi qorunan ballistik raket anbarları və istehsal obyektlərinə, İslam İnqilabı Keşikçiləri Korpusunun qərargahına, kəşfiyyat obyektlərinə və hava hücumundan müdafiə sistemlərinə endirilib.

Əməliyyatda B-1, B-2 və B-52 daxil olmaqla ABŞ-nin strateji bombardmançı təyyarələrinin də iştirak etdiyi qeyd olunub.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl Floridada keçirilən mətbuat konfransında İrana qarşı əməliyyat zamanı 5000-dən çox hədəfin vurulduğunu təsdiqləyib.

Onun sözlərinə görə, ABŞ bəzi mühüm hədəfləri isə hələlik ehtiyatda saxlayıb.

Tramp əlavə edib ki, Vaşinqton növbəti zərbələrlə bağlı qərar verməzdən əvvəl vəziyyəti izləyəcək və mümkün hücumlar enerji obyektlərini də əhatə edə bilər.

Aminə ŞAHSUVARQIZI

Chosen
112
1
redaktor.az

2Sources