EN

Məşhur hitini yeni versiyada təqdim etdi 

Xalq artisti Faiq Ağayev repertuarının sevilən hitlərindən olan “Pəncərə”ni yeni versiyada dinləyicilərə təqdim edib.

Musavat.com xəbər verir ki, mahnının musiqisi və sözləri Rasim Müzəffərliyə məxsusdur.

Yeni versiyanın aranjemanı, miks və mastering işi də Givi Usenashvili tərəfindən həyata keçirilib. Gitara partiyaları isə İntizar Məmmədzadə tərəfindən ifa olunub.

Meqastar “Pəncərə”nin remake versiyasını 2025-ci ildə keçirilən “DreamFest” beynəlxalq musiqi festivalında ilk dəfə səsləndirib və həmin ifa tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, “Pəncərə”nin orijinal ifası 2002-ci ildə təqdim olunub və qısa müddətdə dövrünün ən çox dinlənilən hitlərindən birinə çevrilib.

Musavat.com 

Chosen
46
5
musavat.com

8Sources