EN

175 məktəblinin öldüyü hücuma kim cavabdehdir?

ain.az bildirir, Modern.az portalına istinadən.

ABŞ prezidenti Donald Tramp İranın Minab şəhərində 175 məktəbli qızın ölümü ilə nəticələnən hava zərbəsi ilə bağlı suala cavab verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ qüvvələrinin məktəbə hücumunu təkzib edib və ərazidə tapılan “Tomoqavk” raketinin baqa ölkəyə məxsus olduğunu deyib:

 "Tomoqavk” çox yayqın bir silahdır". ABŞ prezidenti hadisədə ölkəsinin iştirakına dair heç bir dəlil görmədiyini söyləyib və raketin başqa bir ölkəyə  - o cümlədən İrana məxsus ola biləcəyinə işarə edib.

Yerli New York Times qəzeti isə Minabda məktəbi məhv edən raketin qalıqlarının ABŞ-a məxsus olduğunu və hücumun SEPAH-ın məktəbin yaxınlığındakı dəniz bazasına hücum zamanı səhvən həyata keçirildiyi ehtimal edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
modern.az

1Sources