ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Misli premyer-liqasının 23-cü turunda - “Karvan-Yevlax”la səfər oyununda “Sumqayıt” azarkeşlərinin sayı hədsiz az idi. Komandanın son vaxtlar uğursuz nəticələr göstərdiyini nəzərə alsaq, bəlkə də belə durum anlaşılandı.Bəs niyə sumqayıtlılar Yevlaxda belə az idi? Bundan sonra “Sumqayıt”ın oyunlarını boykot edəcəklər? “Kimyaçılar” fanklubunun rəhbərlərindən Sənan Mirzəyev “Football-plus.az”a açıqlama verib:
“Bir azarkeş qrupumuz stadionda idi. Boykot etməyəcəyik, sadəcə, futbolçulardan küsmək istəyirik”.
MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.