EN

Ağdaşda üzərinə qaynar su tökülən 78 yaşlı şəxs ölüb YENİLƏNİB

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Martın 9-u saat 00:40 radələrində 1 nəfər Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 1948-ci il təvəllüdlü şəxsə yanıq şoku, bədən səthinin 90% və daha çox səthinin termiki yanığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Qeyd olunub ki, vəziyyəti ağır qiymətləndirilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

Göstərilən bütün reanimasiya tədbirlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 05:20 radələrində şəxsin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib.

11:00

Ağdaşda üzərinə qaynar su tökülən şəxs ölüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, şəhər sakini, 78 yaşlı Zakir Rəsulov yaşadığı evin hamam otağında olarkən su qızdırıcı partlayıb və qaynar su onun üzərinə dağılıb.

Xəstəxanaya çatdırılan şəxs tibbi müdaxilələrə baxmayaraq orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
40
4
cebheinfo.az

7Sources