EN

Tramp NATO nu müharibəyə cəlb etməyə çalışır

ain.az bildirir, Newscenter.az saytına əsaslanaraq.

"Ən qorxunc sssenarilərdən biri İsrail-ABŞ koalisiyasının İrana qarşı apardığı təcavüzkar müharibəyə NATO-nun qoşulmasıdır. Bu təkcə regionu deyil, beynəlxalq təhlükəsizliyə mənfi təsir göstərər".Bunları Newscenter.az-a siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, Tramp və Netanyahu həmin blokun müharibəyə cəlb edilməsinə çalışır:"Lakin Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, Türkiyə və digər aparıcı dövlətlər bu müharibədə yer almaq istəmirlər. Hətta Paris, London, Madrid və Ankara İrana qarşı aparılan müharibəyə qarşı çıxırlar. Hərbi bazalarından istifadə edilməsinə də icazə vermədilər".Əli Orucov qeyd edib ki, Türkiyə rejimin düşünülməmiş addımları barədə xəbərdarlığını edib:"Molla rejimi əgər Türkiyənin vasitəçilik təşəbbüslərindən imtina etməsəydi bəlkə də dağıdıcı müharibədən qaçmaq olardı. İran diplomatiyası ciddi yanlışlığın bədəlini ödəyir. Bunu təkcə İran xalqı deyil, bütün bölgə dövlətləri ağır şəkildə ödəyir. Rusiya-Ukrana müharibəsinə münasibətdə alyans daxilində fikir ayrılıqları və ziddiyyətlər var idi".Əli Orucov onu da vurğulayıb ki, İrana hərbi təcavüzdən sonra bu ziddiyyətlər daha da dərinləşməkdıdir:"Təhlükəli məqam həm də ondan ibarətdir ki, Moskva NATO-nun müharibədə iştirakına sərt cavab verə bilər. Qulağının dibində ABŞ və müttəfiqlərinin möhkəmlənməsinə Kremlin səssiz qalacağını düşünmürəm".Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
70
1
newscenter.az

2Sources