EN

Türkiyə bu şəhərə “Patriot”larını göndərir İrana qarşı müdafiə gücləndirilir

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Türkiyə hava hücumundan müdafiə tədbirlərini gücləndirdiyini açıqlayıb. 

Belə ki, Türkiyənin Milli Müdafiə Nazirliyi ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə "Patriot" sistemlərinin Malatya şəhərində yerləşdiriləcəyini bildirib.

Nazirliyin məlumatına görə, son günlər İran tərəfindən atılan iki raket Türkiyənin hava məkanına daxil olduqdan sonra zərərsizləşdirilib. Raketlərin bəzi qalıqları isə Hatay və Qaziantep bölgələrinə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Türkiyə Milli Müdafiə Nazirliyi bəyanatında bildirib ki, ölkənin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür və bu istiqamətdə NATO müttəfiqləri ilə məsləhətləşmələr aparılır. Bildirilib ki, milli səviyyədə görülən tədbirlərlə yanaşı, NATO tərəfindən də hava və raketdən müdafiə tədbirləri gücləndirilib.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
44
azpolitika.info

1Sources