EN

Trampın bu hərəkəti birmənalı qarşılanmadı VİDEO

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın bir əsgərə medal təqdim etdiyi mərasimə aid görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirələrə səbəb olub.

Viral olan videoda Trampın bir hərbçinin boynuna medal taxdığı an əks olunur. Lakin medalın boyundan asılan geniş mavi lentlə təqdim olunması sosial media istifadəçilərinin diqqətini çəkib və bəzi istifadəçilər bunu tənqid edib.

Bəzi istifadəçilər medalın geniş mavi lentini “it boyunluğuna bənzər” adlandıraraq tənqidi şərhlər yazıblar. Qısa müddətdə milyonlarla baxış toplayan video ABŞ-də geniş müzakirələrə yol açıb.

Bununla yanaşı, bəzi istifadəçilər isə tənqidlərin şişirdildiyini bildirib. Onların sözlərinə görə, sözügedən medal ABŞ ordusunda verilən rəsmi təltiflərdən biridir və bu dizayn uzun illərdir eyni formada istifadə olunur.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
39
azpolitika.info

1Sources