EN

"Bizi sehrli axşam, əsl bayram gözləyir" -"Atalanta"nın baş məşqçisi

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə "Bayern Münhen"i qəbul edəcək "Atalanta"nın baş məşqçisi Raffaele Palladino matç ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Bizi sehrli axşam, əsl bayram gözləyir. Çempionlar Liqasının 1/8 finalında dünyanın ən güclü komandalarından birinə qarşı oynamaq arzudur. Arzular isə həyata keçmək üçündür. Oyundan zövq almaq və "Bayern"ə problemlər yaratmaq istəyirik. Evdə çıxış edirik və ümidvaram ki, bu dəfə də "Borussiya"ya qarşı oynadığımız kimi oynayacağıq.

Çempionlar Liqasında yeganə İtaliya komandası olmaq inanılmaz hissdir. Hiss edirsən ki, sənə bütün italiyalılar azarkeşlik edir. Hər yerdən dəstək mesajları alıram. Hətta "Fiorentina" və "Montsa"dakı sabiq futbolçularımdan da".

Tərəflərin cavab qarşılaşması martın 18-də reallaşacaq.

Toğrul

Chosen
24
1
fanat.az

2Sources