EN

“Keçid balı artırılacaq” iddiası doğrudurmu? – Ekspertdən cavab

“Keçid ballarının artıb-azalması barədə indidən danışmaq mümkün deyil”.

“Yeni Sabah” xəbər verir ki, bunu təhsil eksperti Elmin Nuri bildirib.

Onun sözlərinə görə, nəzəri olaraq yalnız bəzi sahələr, xüsusilə IT yönümlü ixtisaslarda keçid ballarının arta biləcəyini ehtimal etmək mümkündür. Bu, əmək bazarında həmin sahələrə tələbatın artması və abituriyentlərin marağının çoxalması ilə bağlıdır.

Elmin Nuri qeyd edib ki, hər hansı ixtisas üzrə keçid ballarının artıb-azalacağını demək üçün zəruri statistik məlumatlar mövcud olmalıdır. Yəni buraxılış imtahanlarının nəticələri və onların ümumi gedişata təsiri, habelə hər iki cəhd üzrə blok imtahanlarının nəticələri, ixtisaslar üzrə ayrılan plan yerlərinin sayı, həmin plan yerlərində dövlət sifarişi ilə ayrılan pay, ixtisas seçiminə buraxılacaq abituriyentlərin sayı və konkret ixtisaslara olan müraciətlərin miqdarı kimi göstəricilər məlum olmalıdır.

Ekspertin sözlərinə görə, bu məlumatların əhəmiyyətli hissəsi yalnız imtahan mərhələləri və ixtisas seçimi prosesi başa çatdıqdan sonra məlum olur. Buna görə də indidən “keçid balı artdı və ya azaldı” demək mümkün deyil.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
58
yenisabah.az

1Sources