EN

Nizar Ramadan: Romadakı iftar süfrəsi insanlığın yaşadığı çətin dövrdə xüsusilə vacibdir VİDEO

Roma, 10 mart, AZƏRTAC

Romadakı iftar süfrəsinin nə qədər vacib tədbir olduğunu görürük. Bu, fərqli mədəniyyətlərin və dinlərin nümayəndələrinin bir-biri ilə əlaqə qurması baxımından çox önəmlidir. Bu iftar süfrəsi hazırda insanlığın yaşadığı çətin bir dövrdə xüsusilə əhəmiyyətlidir.

Bu fikri Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi tərəfindən Romada təşkil olunan iftar mərasimində iştirak edən Beynəlxalq Media Kommunikasiya Klubunun (MICC) icraçı direktoru Nizar Ramadan AZƏRTAC-a müsahibəsində deyib.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pİetro Parolinin, dünyanın müxtəlif ölkələrinin Vatikanda və İtaliyadakı 50-dək səfirinin, digər yüksək səviyyəli nümayəndələrin iştirakının əhəmiyyətini xüsusi qeyd edən N.Ramadan bildirib: “Bu, unudulmaz bir axşam, möhtəşəm bir tədbir oldu. Tədbirdə iştirakına və dəstəyinə görə şeyxülislama təşəkkür edirik. Bu, bizim üçün çox vacibdir. İnşallah, bunu hər il birlikdə təkrarlaya biləcəyimizə ümid edirəm. Bu o deməkdir ki, biz birlikdə həyat qura bilərik”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Chosen
39
2
azertag.az

3Sources