EN

İlham Əliyevlə bağlı bu xəbər İranda rezonans doğurdu FOTOLAR

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Prezident İlham Əliyevin İranın yeni Ali rəhbəri Müctəba Xameneini təbrik etməsi qonşu ölkənin mediasında böyük maraq doğurub.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Prezidentinin M.Xameneini yeni Ali rəhbər seçilməsi münasibətilə təbrik etməsi barədə rəsmi açıqlama İranın əsas xəbər agentliklərində və bir sıra populyar xəbər portallarında ən çox oxunan xəbərlərdən biri olub. Maraqlıdır ki, bu xəbər hətta ABŞ-İran müharibəsi ilə bağlı yayılan məlumatlardan daha çox diqqət çəkib.

Qeyd edək ki, İranın Naxçıvana raket hücumundan sonra Tehranın rəsmi kanallarla Bakı ilə əlaqə qurması və Prezident Məsud Pezeşkianın İlham Əliyevə zəng edərək hadisənin araşdırılacağı vədini verməsi münasibətlərdə müsbət dinamikanın yaranmasına şərait yaradıb.

Azərbaycan qonşu ölkələrlə sülhpərvər və xoşməramlı əlaqələrin qorunmasına diqqət yetirərək, bu gün İran üçün humanitar yardım göndərib. Bu, rəsmi Bakının qonşu İranla tarixi dostluq əlaqələrinə önəm verdiyini və ona qarşı hərbi fəaliyyətlərdə heç bir halda yer almadığını növbəti dəfə sübuta yetirir.

 

Aqşin Evrən

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
globalinfo.az

1Sources