EN

Trampın sanksiya hədələri Avropada gərginlik yaratdı Sançez Merzin zənglərinə cavab vermir

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın İspaniyaya qarşı sərt iqtisadi sanksiya hədələri Avropa İttifaqında yeni siyasi mübahisələrə səbəb olub. Ağ Evdə keçirilən görüş zamanı Almaniya kansleri Fredrix Merzin bu açıqlamalar qarşısında səssiz qalması Avropada ciddi tənqidlərə yol açıb.

İspaniyanın baş nazir müavini Yolanda Diaz Trampın sərt bəyanatları zamanı Merzin reaksiyasız qalmasını kəskin tənqid edib. 

O bildirib ki, Avropanın bu gün ehtiyacı olan şey ABŞ qarşısında susan siyasətçilər deyil, real liderlikdir.

“Avropaya Trampa boyun əyən vasallar yox, həqiqi liderlər lazımdır”, – deyə Diaz bildirib.

Siyasi qalmaqalın başlanğıcı martın 3-də Ağ Evdə keçirilən mətbuat konfransına təsadüf edir. Həmin tədbirdə Tramp ABŞ hərbi təyyarələrinin İranla bağlı əməliyyatlar üçün İspaniya bazalarından istifadə etməsinə icazə verilmədiyini xatırladaraq Madridə qarşı mümkün iqtisadi sanksiyaların tətbiq oluna biləcəyini bildirib.

Bunun fonunda Almaniya kanslerinin sözçüsü Stefan Kornelius iki ölkə arasında ciddi gərginlik olmadığını açıqlayıb. Onun sözlərinə görə, Merz Vaşinqton səfərindən sonra İspaniyanın Baş naziri Pedro Sançez ilə iki dəfə əlaqə saxlamağa çalışıb, lakin ona zəng çatmayıb. Hətta kanslerin səsli mesaj buraxdığı da bildirilib.

İspaniya hökuməti isə zəngin baş tutmamasını təhlükəsizlik səbəbilə baş nazirin telefon nömrəsinin dəyişdirilməsi ilə izah edib və Merzin yenidən əlaqə saxlaya biləcəyini qeyd edib.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
60
azpolitika.info

1Sources